Danimarka şahzadəsi İzabella hərbi xidmətə yollandı

Danimarka kralının 19 yaşlı qızı şahzadə İzabella ölkənin yeni hərbi xidmət sistemi çərçivəsində 11 aylıq hərbi xidmətə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Danimarka kral ailəsi rəsmi açıqlama yayıb.

Şahzadə İzabella Slagelsedəki hərbi kazarmada 5 aylıq əsas hazırlıq keçəcək, daha sonra isə 6 ay müddətində əməliyyat vəzifələrində iştirak edəcək. İzabella digər çağırışçılara verilən maaş və müavinətlərdən yararlanmayacaq. Onun xidmətlə bağlı şəxsi və əməliyyat xərcləri ailəsi tərəfindən qarşılanacaq.

Qeyd edək ki, Danimarkada 2024-cü ildə qəbul edilən dəyişikliklə qadınlar da məcburi hərbi xidmət sisteminə daxil edilib, xidmət müddəti isə 4 aydan 11 aya qədər artırılıb. Qərarın əsas səbəbləri arasında Avropada artan təhlükəsizlik narahatlıqları və Arktika bölgəsindəki vəziyyət göstərilir.