Dünyada mobil internet trafiki rekord həddə çatıb
17:50 02.09.2021
Dünya
437
2021-ci ilin ilk rübündə mobil cihazlarda istifadə olunan qlobal trafik 66 eksabayta (1 eksabayt milyard giqabayta bərabərdir – red.) çatıb. Bu isə bir il əvvəllə müqayisədə 68% çoxdur.
Bu barədə “Report” “Stock Apps və Hootsuite”in məlumatlarına istinadən xəbər verir.
Getdikcə daha çox insan internetdə “gəzişmək” üçün smartfonlara üstünlük verməyə başlayıb. Belə ki, 2021-ci ilin iyul ayına olan məlumata görə, internetə bütün mobil qoşulmaların 79%-i və ya 6,4 milyardı smartfonların payına düşüb. Müqayisə üçün qeyd edək ki, routerlərin, planşetlərin, portativ fərdi kompüterlərin payı cəmi 3,8% və ya 310 milyon qurğudur.
Smartfonlar arasında isə internetə qoşulmaq üzrə ən çox “Android” əməliyyat sisteminə əsaslanan cihazlar (73%) fəaldır. iOS-da bu göstərici 26,3% təşkil edir.
Bu ilin iyul ayında internet bağlantısı olan mobil telefonlarından istifadə edən insanların sayı 5,3 milyarda çatıb (dünya əhalisinin 67%-i).
Bu baxımdan əhalisinin 86%-nin telefonu və ya smartfonu olan Avropa liderdir. Ondan sonra Latın Amerikası (69%), Yaxın Şərq və Şimali Afrika (65%), Asiya-Sakit okean region (58%) və Tropik Afrika (46%) ölkələri gəlir.
GSMA-nın (dünya üzrə mobil əlaqə operatorlarının maraqlarını təmsil edən ticarət təşkilatı – red.) proqnozlarına görə, mobil telefon və smartfon istifadə edən insanların sayı baxımından Asiya-Sakit okean region ölkələrində daha çox artım olacaq. 2025-ci ilə qədər onların xüsusi çəkisinin indiki 58%-dən 68%-ə qədər artacağı (Çin istisna olmaqla) gözlənilir.
Keçən il 117 milyon insan mobil telefonlardan istifadə etməyə başlayıb, lakin daha geniş yanaşsaq, 2020-ci ilin iyulundan 2021-ci ilin iyuluna qədər 670 milyon insan internet bağlantısı olan cihazlardan istifadə etməyə başlayıb. “Ağıllı qurğular”ın ümumi istifadəçilərinin sayı 10,4 milyard nəfərə çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə