“Hətta Kremli "Taliban"ı dəstəkləməkdə günahlandırdılar. "Taliban"la rəsmi Moskva arasında sövdələşmə olub. Amma "Taliban" sağ-solunu tanımayan radikal təşkilatdır. Bu təşkilat istənilən vaxt Rusiya və postsovet məkanı üçün gərginlik, təhlükə yarada bilər. Amma qruplaşmanın hazırda əldə etdiyi ərazilər heç də bütün ölkəyə nəzarət etməsi anlamına gəlmir. Reallıqda "Taliban"ın indiyə qədər nəzarət etdiyi ərazilər ölkənin ümumi ərazilərinin üçdə birini belə təşkil etmir. Üstəlik, ABŞ qüvvələrinin hamısı olmasa da, müəyyən hissəsi səfirliyi qorumaq adı ilə Əfqanıstanda saxlanılır. İngiltərə isə bütövlükdə hərbi kontingentini orada saxlamaq niyyətindədir”. Analitikə görə, "Taliban"ın təşkilat kimi tamamilə sıradan çıxarılması lazımdır: “Çünki "Taliban" Əfqanıstanı parçalamaq həddinə çatdıran, çoxlu sayda qırğınlar törədən bir dəstədir. Türkiyənin bütün istiqamətlərdə ciddi danışıqlar apardığı qənaətindəyəm. Amma Rusiya və KTMT-nin proseslərə birbaşa qatılacağını düşünmürəm. Tacikistana dəstək verəcəklər. Amma ümumi vəziyyət mürəkkəbdir və mürəkkəbləşməkdə də davam edir”.
Əfqanıstandakı gərginlik qonşu ölkələrə keçə bilər
Turan
21:24 16.07.2021
Dünya
806
"Taliban" istənilən vaxt Rusiya və postsovet məkanı üçün gərginlik, təhlükə yarada bilər
Əfqanıstanda vəziyyət getdikcə daha da pisləşir. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib. XİN başçısı qeyd edib ki, təəssüf ki, son günlər vəziyyətin sürətlə deqradasiyası müşahidə edilir. Lavrov baş verənləri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə əlaqələndirib. Onun fikrincə, “qeyri-sabitliyin qonşu dövlətlərə keçmə” riski var. Bundan əlavə, diplomat qeyd edib ki, bu, terror təhlükəsini və narkotiklərin həddən artıq genişlənmiş qanunsuz dövriyyəsini bir az da gücləndirir: “Moskva təkcə münaqişə tərəfləri arasında fəal dialoq deyil, həmçinin danışıqların formatlarının genişləndirilməsinə də tərəfdardır”. Məlumat üçün deyək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.
Politoloq Qabil Hüseynli bildirib ki, Amerika Əfqanıstanda "Taliban"a qarşı mübarizə apararkən Rusiyanın talibanlara maliyyə yardımı etdiyini iddia edirdi. Ekspertin sözlərinə görə, bu barədə söz-söhbət dünya mediasında özünə geniş yer tapmışdı:
“Hətta Kremli "Taliban"ı dəstəkləməkdə günahlandırdılar. "Taliban"la rəsmi Moskva arasında sövdələşmə olub. Amma "Taliban" sağ-solunu tanımayan radikal təşkilatdır. Bu təşkilat istənilən vaxt Rusiya və postsovet məkanı üçün gərginlik, təhlükə yarada bilər. Amma qruplaşmanın hazırda əldə etdiyi ərazilər heç də bütün ölkəyə nəzarət etməsi anlamına gəlmir. Reallıqda "Taliban"ın indiyə qədər nəzarət etdiyi ərazilər ölkənin ümumi ərazilərinin üçdə birini belə təşkil etmir. Üstəlik, ABŞ qüvvələrinin hamısı olmasa da, müəyyən hissəsi səfirliyi qorumaq adı ilə Əfqanıstanda saxlanılır. İngiltərə isə bütövlükdə hərbi kontingentini orada saxlamaq niyyətindədir”. Analitikə görə, "Taliban"ın təşkilat kimi tamamilə sıradan çıxarılması lazımdır: “Çünki "Taliban" Əfqanıstanı parçalamaq həddinə çatdıran, çoxlu sayda qırğınlar törədən bir dəstədir. Türkiyənin bütün istiqamətlərdə ciddi danışıqlar apardığı qənaətindəyəm. Amma Rusiya və KTMT-nin proseslərə birbaşa qatılacağını düşünmürəm. Tacikistana dəstək verəcəklər. Amma ümumi vəziyyət mürəkkəbdir və mürəkkəbləşməkdə də davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya