Əfqanıstandan Tacikstan ərazisinə edilən hücum nəticəsində 3 Çin vətəndaşı ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, 2025-ci il noyabrın 26-na keçən gecə Əfqanıstan ərazisindən Xatlon vilayətinin Şəmsidin Şoxin rayonu ərazisindəki “Şoxin SM” MMC-nin əməkdaşlarına silahlı basqın edilib.
Qumbaralarla dolu pilotsuz uçan aparatla edilən hücum nəticəsində MMC-nin 3 əməkdaşı ölüb.
"Sərhədyanı rayonlarında təhlükəsizliyin qorunması və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılması istiqamətində Tacikistan tərəfinin ardıcıl səylərinə baxmayaraq, Əfqanıstan hökuməti ölkədə fəaliyyət göstərən cinayətkar qrupları zərərsizşləşdirməkdə acizlik nümayiş etdirir. Tacikistan tərəfi dərin narahatlığını ifadə edərək, cinayətkar qrupların bu mənfur hərəkətlərini qətiyyətlə pisləyir və Əfqanıstanın hazırkı hakimiyyətini iki qonşu ölkənin dövlət sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün təsirli tədbirlər görməyə çağırır", - Tacikistan Xarici İşlər Nazirliyi qeyd edib.