Əlcəzair BƏƏ ilə diplomatik əlaqələrini kəsdi

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsib.

Axar.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

İki ölkə arasında diplomatik böhran bir neçə ildir ki, davam edir və geosiyasi gərginliklər fonunda kəskin şəkildə pozulur. Əlcəzair artıq Əbu-Dabini daxili işlərinə müdaxilə etməkdə və Əlcəzairin milli birliyini pozmağa cəhd etməkdə ittiham edir”, - məlumatda bildirilib.