
Elxan Şahinoğlu: “Putin üçün insan itkisi torpaqdan ucuzdur”
04:31 21.05.2025
Dünya
284
“Rusiya Prezidenti Vladimir Putin istədiyini almayana qədər razılaşmaya getmir və ya razılaşmanı yerinə yetirmir”.
Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Ukrayna ilə müharibə Putinin üçüncü müharibəsidir və əvvəlki ikisində istədiyini əldə edəndən sonra sakitləşib:

“Putin 1999-cu ildə baş nazir təyin olunandan sonra ikinci Çeçenistan müharibəsi başladı. Qərb ölkələrinin liderləri nə qədər bu müharibəni dayandırmağı Putindən xahiş etsələr də, Kreml sahibi hər dəfə onlara sərt cavab verdi və on minlərin ölümü hesabına işi sona çatdırdı. Bu müharibəyə görə Qərb Putinin üstünə çox getmədi, hər nə qədər olsa da, söhbət Kreml sahibinin ölkəsinin ərazi bütövlüyünün təminindən gedirdi. Putin 2008-ci ildə Gürcüstana qarşı müharibə dövründə baş nazir olmasına baxmayaraq, qonşu dövlətə qarşı hücum əməliyyatını nəzarətdə saxlayırdı. Qərb yenə müharibəni dayandırmağı Putindən xahiş etdi, onun Cənubi Osetiyanı işğal edəndən sonra yeganə güzəşti tankları Tbilisi yaxınlığından geri çəkməsi oldu. Putin hədəfinə çatmışdı. 6 il sonra növbə Ukraynaya çatdı, Putin Ukraynada hakimiyyətin zorla dəyişdirildiyini bəhanə edərək Krımı ilhaq etdi, 8 il sonra Ukraynanın şərqinə hücum əmri verdi. Qərb bu dəfə xahiş əvəzinə Putindən müharibəni dayandırmağı tələb etdi. Xahişlər kimi tələblər də nəticəsiz qaldı.
İstanbuldakı görüşlərin, Putinlə birbaşa təmasların və onunla telefon danışıqların nəticəsi olmayacaq. Çünki Putin hədəfinə çatmayana qədər geri addım atmır. Onu dayandırmaq üçün ya Ukrayna təslim olmalı və Krımla yanaşı 4 bölgəsindən imtina etməli, ya Rusiya elə bir zəif nöqtəyə gəlməlidir ki, Putin planlarından əl çəksin, ya da Kremldə hakimiyyət dəyişikliyi baş verməlidir”.
E.Şahinoğlunun sözlərinə görə, Rusiya və Ukrayna nümayəndə heyətləri hər nə qədər İstanbuldan ayrıldıqdan sonra atəşkəslə bağlı təkliflərini hazırlayacaqlarını və bir-birlərinə təqdim edəcəklərini razılaşdırsalar da, bundan müsbət nəticə çıxmayacaq:
“Rusiya tərəfi Kiyevə göndərəcəkləri “təkliflərində” İstanbuldakı tələblərini təkrarlayacaqlar. Kremli insan həyatı narahat etmir, yüz minləri ölümə göndərir ki, əlavə torpaq zəbt edə bilsin. Halbuki, cəbhədə öldürülən özününkülərin sayı artır ki, başqa millətlərin nümayəndələrini də ölümə təşviq edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət