Ərdoğan Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparır

Türkiyəyə danışıqlar üçün gələn Ukrayna nümayəndə heyəti Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində axşam saatlarında Ukrayna ilə Rusiya arasındakı danışıqların üçüncü turu keçiriləcək.