Ərdoğan:“Tanklarımızla hamısının kökünü kəsəcəyik”
Yusif Nəzərli
14:27 22.11.2022
Dünya
594
“Ən qısa müddət ərzində bizimlə birlikdə hərəkət edən dostlarımız və əsgərlərimizlə birlikdə, tanklarımızla hamısının kökünü kəsəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yusifəli” su anbarının açılış mərasimində Suriyadakı terrorçulara qarşı quru əməliyyatı ehtimalı barədə danışarkən deyib.
Onun sözlərinə görə, ötən həftə İstanbulda törədilmiş terror aktına cavab olaraq terror hədəfləri yerlə yeksan edildi:
“Ölkəmizin sərhədlərinə və vətəndaşlarımıza qarşı hücumun yeri məlumdur. Bu terrorçuları kimlərin himayə etdiyini, silahlandırdığını, cəsarətləndirdiyini bilirik. Çarəsizlikdən deyil, hüquq dövləti olaraq diplomatiyaya, əldə etdiyimiz razılaşmalara, bizə verilən sözlərə axıra kimi riayət etməyə həssaslıq göstərdiyimizə görə səbir edirik”.
“Bu vaxtdan sonra bizim üçün tək meyar var, o da vətəndaşlarımızın təhlükəsizliyidir, bu təhlükəsizlik haradan başlayacaqsa, ora qədər getmək qanuni haqqımızdır”, - deyə o əlavə edib.
Mənbə: CNN Türk
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi