
Ermənistana 75 milyon avroluq dəstək: Fransa "bacısı"na sədəqə verir? -RƏY
13:53 20.06.2024
Dünya
516
Fransanın İnkişaf Agentliyi Asiya İnkişaf Bankının dəstəyi ilə büdcə kəsirinin kompensasiyası üçün Ermənistana 75 milyon avro həcmində kredit ayıracaq.
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu barədə sənədin iyunun 26-da imzalanacağı planlaşdırılır.
Fransanın sözügedən dəstəyini “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib ki, Ermənistanın dövlət büdcəsində ciddi kəsirlər yaranıb:

“Bu gün Ermənistan nə qədər Rusiyaya qarşı siyasət həyata keçirsə də, faktiki olaraq rəsmi İrəvan Moskvadan hələ də kifayət qədər asılı vəziyyətdədir. Özəlliklə Rusiyanın Ermənistan iqtisadiyyatında təsir gücü kifayət qədər çoxdur. Ermənistan dövlət büdcəsinə daxil olmaların əsas məbləği birbaşa Rusiya istiqamətindən gəlir. Ona görə də Ermənistanın bu gün Rusiya bazarından bu qədər asılılığı və rəsmi Moskvanın İrəvan iqtisadiyyatından əzici üstünlüyə malik olması Ermənistanın iqtisadi baxımdan da Qərbdən yeni dividendlər tələb etməsinə səbəb olur. Belə situasiyada Ermənistanın əsas niyyətlərindən biri Fransa və onun vasitəsilə də başqa xarici qüvvələrdən yeni iqtisadi daxilolmalara nail olmaqdır. Buna görə də artıq uzun müddətdir Ermənistandakı sorosçu hakimiyyətlə dövlət arasında danışıqlar gedirdi. Diqqət etsək, görərik ki, Nikol Paşinyan iqtisadi sahədəki dövlət qurumlarına uzunmüddətli kadrlar təyin edə bilmir. Çünki həqiqətən də Ermənistanda bu sahədə çox ciddi problemlər var. Bu baxımdan 75 milyon avro həcmində kredit ayrılması əslində Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmaq məqsədi daşıyır. Eyni zamanda hazırkı Ermənistan hakimiyyətinin iqtisadi siyasətinin nə qədər iflic vəziyyətdə olduğunu göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa və NATO ölkələrinin İrana müdaxiləsi gözlənilmir -TƏHLİL
19:44 23.03.2026
Dünya
İran İsrailin Tel Nof hava bazasına zərbə endirib
19:30 23.03.2026
Dünya
Avropa buna görə ABŞ-ı dəstəkləməlidir - Bolton
19:21 23.03.2026
Dünya
Moskvaya uçan Paşinyanın təyyarəsini PUA ilə vurmağa çağırdılar
19:12 23.03.2026
Dünya
ABŞ ilə İranın hazırda münaqişəni başa çatdırmaq imkanı var -Tramp
19:03 23.03.2026
Dünya
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya