
Əziz Nəsirzadənin söylədikləri psixoloji savaşın bir hissəsidir -Politoloq
10:33 11.06.2025
Dünya
423
Tehranda müəyyən əminlik var ki, ABŞ indiki vəziyyətdə İranla birbaş savaşa girmək istəmir
“İran-ABŞ danışıqlarının mümkün uğursuzluğu nəticəsində münaqişə baş verərsə, qarşı tərəfin itkiləri mütləq bizimkindən çox olacaq”.
Bunu İran müdafiə naziri Əziz Nəsirzadə deyib.
Danışıqların nəticəsiz qalacağı təqdirdə qarşı tərəfin hərbi təhdidləri ilə bağlı İranın hansı addımları atacağı barədə jurnalistlərin suallarına Ə.Nəsirzadə belə cavab verib:
“İran xalqı və silahlı qüvvələr adından deyirəm ki, Allahın izni ilə, bu, münaqişəyə səbəb olmayacaq, amma münaqişə olarsa, qarşı tərəfin itkiləri mütləq bizimkindən çox olacaq. Bütün Amerika bazaları nəzarətimizdədir və biz heç bir şeyi nəzərə almadan ev sahibi ölkələrdəki o bazaları hədəfə alacağıq”.
Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, Əziz Nəsirzadənin fikirləri daha çox çəkindirmək xarakter daşıyır:

"İran ABŞ-yə hərbi müdaxilə ilə bağlı təzyiq edir ki, danışıqlar masasında istədiyi nəticəni alsın. Yəni, "əgər itkilər istəmirsinizsə, onda Tehranla razılaşmaq məcburiyyətindəsiniz" fikrini aşılamağa çalışır. Lakin bunlar sadəcə sözdən ibarətdir. İran müdafiə nazirinin söylədikləri psixoloji savaşın bir hissəsidir. Eyni zamanda Tehranda müəyyən əminlik var ki, ABŞ indiki vəziyyətdə İranla birbaş savaşa girmək istəmir. Burada həqiqət yükü mövcuddur".
Analitik əlavə edib ki, Donald Tramp nəinki İran, heç bir ölkə ilə münaqişə niyyətində deyil:
"Əksinə, seçkilərdən öncə vəd etdiyi məsələləri həll yoluna qoymaq üçün çalışır ki, Nobel mükafatına layiq görülsün. Nəticə etibarilə, Ağ Evin sahibi tarixə düşmək istəyir. Buna görə də Tramp İranla danışıqlarda razılığa gələrək masa arxasında sülh görüntüsü vermək niyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya