
F-16 qalmaqalı: NATO Türkiyəyə hansı şərtlər qoyur?
12:10 19.12.2023
Dünya
418
Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Biz öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Ancaq Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağına qərar verən insanlar var. Biz də Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq”, - Miller bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Türkiyənin ABŞ-nin bu şərti ilə razılaşmasına heç bir səbəb yoxdur:
"Türkiyənin Milli Təhlükəsizliyinin təminatına NATO heç bir qatqı vermir. NATO-nun Türkiyənin Rusiya və Avrasiya gücləri ilə əməkdaşlığı çərçivəsində bir qısqanclığı var. Amma Türkiyə xarici siyasətinin Qərbdən bir qədər aralanması, yeni siyasi baxış inşa olunması, Rusiya və Çin kimi güclə əməkdaşlığa açıq olması onun coğrafiyasından irəli gələn tələblərdən biridir. Geosiyasət hərzaman elə vacib nöqtələri diqqtə edir ki, istər-istəməz biz bunun müqabilində yeni reallıqların yaşandığını görürük".

Ə.Əzizbəyli F 16 ların satışının dəfələrlə müzakirə mövzusu olduğunu söyləyib:
"Sözügedən məsələnin Türkiyənin İsveçin NATO ya üzv olacağı barəsində düşüncəsinə təsir edəcəyini düşünmürəm. Bunun alt qatında inkişafda olan Türkiyə Rusiya münasibətləri fonunda, İsveçlə Rusiya qarşıdurmasının da təsiri olduğu qənaətindəyəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə