Farajın Kiyevə səfəri planlaşdırılır: Partiyası onun Putin tərəfdarı imicini dəyişmək istəyir

Böyük Britaniyanın sağ populist Reform UK partiyası lideri Naycel Farajın Kiyevə səfərinin təşkilini müzakirə edir. Məqsəd siyasətçinin Rusiya Prezidenti Vladimir Putinə rəğbət bəsləməsi ilə bağlı ittihamları aradan qaldırmaqdır.

Sherg.az xəbər verir ki, partiya nümayəndələri Politico-ya Ukrayna tərəfi ilə səfərlə bağlı ilkin təmasların aparıldığını təsdiqləyiblər.

Faraj daha əvvəl Putinə “heyran olduğunu” bildirmiş, ötənilki seçki kampaniyası zamanı isə Ukraynadakı xüsusi hərbi əməliyyatın “Qərb tərəfindən təhrik edildiyini” söyləmişdi. Bu açıqlamalar onun opponentləri tərəfindən siyasətçinin Rusiyayönlü mövqeyinin sübutu kimi mütəmadi olaraq gündəmə gətirilir.

Mənbələrdən biri səfər planlarının hələ yekunlaşmadığını bildirərək, “Bunun müzakirə edildiyini bilirəm”, — deyə qeyd edib.