
Fransa Ermənistanı öz koloniyasına çevirməyə cəhd edir -ŞƏRH
10:53 03.04.2024
Dünya
442
Aprelin ikisində Fransa Respublikasının Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin(XİN) mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərh edərkən deyib.
“Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük Vətən Müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir.
Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə, ölkənin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu kimi çağırışlardan çəkinilməsinin Fransa və dünyamız üçün daha faydalı olacağını hesab edirik.
Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək”, - A.Hacızadə vurğulayıb.
Fransanın Azərbaycan əleyhinə növbəti qərəzli münasibətini “Sherg.az”a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, rəsmi Paris Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı deyil:
“Fransa başda olmaqla Avropanın bir çox ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları Ermənistandan alət kimi istifadə etməklə Rusiyanın Cənubi Qafqazda rolunu azaltmağa çalışır. Ermənistanın dövlət sərhədlərini Rusiya qoruyur. Eyni zamanda Ermənistanın nəqliyyat və dəmir yolu tamamilə Rusiyanın əlindədir. Ermənistan airoportunu da yaya qədər Rusiya sərhədçiləri qoruyacaq. Rəsmi Moskva əvvəllər İrəvana silah tədarükünə qədər yardım edirdi. Fransanın isə hazırda əlinə fürsət düşüb. Ona görə də Fransa Ermənistana dəstək göstərməklə Rusiya faktorunu regiondan kənarlaşdırır. Aİ-nin Azərbaycan və Ermənistan sərhəddindəki missiyası onu göstərir ki, Avropanın müəyyən qüvvələri Ermənistandadırlar. Təəssüflər olsun ki, İran tərəfindən son zamanlar yenə Azərbaycana qarşı qeyri-səmimilik mövcuddur”.

Ç. Qənizadə qeyd edib ki, Fransa kolonial sistemi saxlayan bir dövlətdir:
“Rəsmi Paris indi də Ermənistanı öz koloniyasına çevirməyə cəhd edir. Strasburq kimi şəhərdə Avropa İnsan Hüquqları Məhkəməsinin yerləşməsinin özü Fransaya bir mesaj idi ki, onlar, ancaq demokratiyadan dən vurmalıdırlar və işğala məruz qalan dövlətə dəstək verməlidirlər. Fransa isə əksinə olaraq bu gün işğalçı dövlətin yanındadır. Fransanın hakimiyyətinin apardığı siyasət öz imicinə qarşı böyük zərbədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya