Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) hərbi xərclərin 436 milyard avroya qədər artırılmasını nəzərdə tutan 2024-2030-cu illər üçün hərbi planlaşdırma haqqında yenilənmiş qanunu qəbul edib.
Teleqraf xəbər verir ki, qanun layihəsinin lehinə 440, əleyhinə isə 122 deputat səs verib.
Daha sonra mətn parlamentin yuxarı palatası olan Senata təqdim ediləcək.