Fransa Rusiya üçün xüsusi tribunal yaradacaq
Yusif Nəzərli
07:33 01.12.2022
Dünya
408
Fransa öz beynəlxalq tərəfdaşları, o cümlədən Ukrayna ilə birlikdə Rusiyanın hərbi cinayətlərinin araşdırılması üzrə xüsusi tribunal yaratmaq təklifi üzərində işləməyə başlayıb.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Rusiyanın təcavüzü zamanı Ukraynada törədilən cinayətlərin cəzalandırılması Fransa üçün prioritet təşkil edir. Ölkə həm Ukrayna ədliyyə sisteminin, həm də Beynəlxalq Cinayət Məhkəməsinin dəstəklənməsi üçün səfərbər olub. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi bu cinayətlərdə əli olanların məsuliyyətə cəlb edilməsi üçün qərəzsiz və müstəqil araşdırmalar aparmaq hüququna malikdir.
“Rusiyanın Ukraynaya təcavüzü cinayətləri üzrə xüsusi tribunal yaratmaq təklifi əsasında biz avropalı və ukraynalı tərəfdaşlarımızla işə başladıq. Avropa Komissiyasının sədri Fon der Lyayenin vurğuladığı kimi, söhbət beynəlxalq birlikdə maksimum geniş konsensusa nail olmaqdan gedir”, - deyə məlumatda qeyd edilib.
Həmçinin vurğulanıb ki, Paris Kiyevlə birlikdə cinayətlərin cəzasız qalmasına qarşı mübarizə işlərini dərinləşdirmək istəyini təsdiqləyib. Bununla bağlı noyabrın 29-da Ukraynanın xüsusi nümayəndəsi Anton Korineviçin Fransaya səfəri zamanı məlumat verilib.
Mənbə: Ukrinform
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi