Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ukrayna ordusunun Starobelskə hücumundan sonra Kiyevdəki hərbi obyektlərə endirilən cavab zərbələri ilə əlaqədar Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovi XİN-ə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayımlanan kommünikedə bildirilib.

"Nazir Jan-Noel Barronun göstərişi ilə Fransa Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Fransadakı səfirini çağırıb", - sənəddə qeyd olunub.

Fransa XİN Luqanskda dinc sakinlərin həlak olmasına cavab olaraq həyata keçirilən zərbələri və Kiyevdəki diplomatik missiya əməkdaşlarının təxliyəsi ilə bağlı tövsiyələri "xarici diplomatlara qarşı qəbuledilməz təhdid" kimi qiymətləndirib.

Bununla yanaşı, Paris Ukraynaya dəstəyini davam etdirmək niyyətində olduğunu da bəyan edib.