Fransada başqa ölkələrdən olan məmurlar irqçi zorakılıqla üzləşirlər
Fransada başqa ölkələrdən olan məmurlar irqçi zorakılıqla üzləşirlər
Yusif Nəzərli
12:06 16.10.2023
Dünya
364
Fransada yerləşən Afrika Mundus beyin mərkəzinin rəhbəri, Fransanın "Thesee" kommunasının bələdiyyə üzvü Emmanuel Argo həmkarlarının irqçi hücumlarına məruz qalır və ölümlə hədələnir.
“Report” xəbər verir ki, müstəmləkədən əziyyət çəkən insanlara təzminatın ödənilməsi məsələsini qabardaraq, bu barədə Bakıda danışdığını qeyd edən E.Argo irqçi hücumlarla bağlı Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb.
Xatırladaq ki, E.Argo bu ilin iyul ayında Bakı Təşəbbüs Qrupunun yaradılmasına həsr edilmiş tədbirdə iştirak edib.
Müraciətə 17 vətəndaş cəmiyyəti və afrikalıların haqlarının qorunması sahəsində iş aparan şəxslər də qoşulub.
Məktubda bildirilib ki, Fransada Afrikadan və bəzi ölkələrdən olan məmurlar həmkarları tərəfindən diskriminasiya və irqçi zorakılığa məruz qalırlar.
E.Argo gördüyü münasibətin Fransanın müstəmləkəçilik keçmişindən qalmış ikili standartların bir parçası olduğunu vurğulayıb. O qeyd edib ki, Fransa digər ölkələrə demokratiya dərsi verir, ancaq özü həmin dərsləri yaxşı öyrənməyib.
Müraciətə qoşulan təşkilatlar və şəxslər bunlardır:
1. Beynəlxalq Təzminat Hərəkatı (Martinika)
2. Beynəlxalq Təzminat Komitəsi (Martinika)
3. Fransızların Xaricdəki Nümayəndəlik Şurası
4. Qara Xalqların Beynəlxalq Komitəsi
5. Avropa Haiti Diaspora Sammiti Komitəsi
6. Yeni İnsanlıq Hərəkatı
7. Haitidə və Xaricdə Yaşayan Haitililərin Birləşmiş Hərəkatı
8. Deportasiya edilmiş Afrikalıların Qızları və Oğulları Kollektivi
9. Afrika Mundus şəbəkəsinin dekanı və Marcus Garvey Fondunun sədri Dr. Julius Garvey
10. Afrika Diasporunun Baş Naziri Dr. Luis-Georges Tin
11. Sylvie Condé Afro-nəsli və NégroEvolution-ın dəstəyi
12. Makona təşkilatının Qvineya, Liberiya, Sierra Leone üzrə Afrika Mundus Şəbəkəsinin nümayəndəsi və regional baş katibi Ensa-N'Dayma
13. Afrika Mundus şəbəkəsinin Namibiya və Botsvana üzrə nümayəndəsi Vikki Hendrik
14. Afrika Mundus Diaspora Şəbəkəsinin Böyük Britaniya üzrə nümayəndəsi Dr. Colins Imoh
15. Afrika Mundus şəbəkəsinin münaqişələrin həlli üzrə eksperti professor Elvis.
16. Parlamentarilər
17. Həmrəylik vəkilləri kollektivi
Afrika Mundus şəbəkəsinin Yaponiyadakı nümayəndəsi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə