Fransada prezident seçkilərinə etiraz edən 23 min insan küçələrə çıxıb
22:20 16.04.2022
Dünya
412
Fransada prezident seçkilərin birinci turunun nəticələrinə etiraz əlaməti olaraq təxminən 23 min insan küçələrə çıxıb.
AZƏRTAC TASS agentlyinə istinadla xəbər verir ki, indiyədək seçkinin nəticələrinə qarşı Parisdə təşkil olunan etiraz nümayişinə ümumilikdə 10 minədək adam qoşulub. Bölgələrdə isə bu rəqəm 13,6 min nəfər təşkil edib.
Lill, Marsel və digər böyük şəhərlərdə küçələrə çıxan nümayişçilər əsasən “ifrat sağçılara” və xüsusən də Marin Le Penə qarşı çıxıblar. Lakin polislə toqquşmaların baş verdiyi Lion və Renn şəhərlərində isə nümayişçilər “Nə Makron, nə də Le Pen” şüarını səsləndiriblər.
Solçular aprelin 10-da keçirilən seçkilərin birinci turunda səslərin cəmi 1,25 faizi ilə rəqibindən geri qalan “Tabe olmayan Fransa” hərəkatının lideri Jan-Lük Melenşonu dəstəkləyirlər.
Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçkilərdə 12 namizəd iştirak edib. Səsvermənin nəticələrinə görə, Fransanın hazırkı prezidenti Emmanuel Makron 27,84 faiz səslə irəlidədir. Onu “Milli birlik” partiyasından namizəd Marin Le Pen 23,15 faiz səslə müşayiət edir.
Seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm