Fransada siyasi böhrandan çıxış üçün ChatGPT-dən məsləhət alınıb
15:46 06.10.2025
Dünya
313
Fransada siyasi həyat yenidən gərgin bir mərhələyə qədəm qoyub. Baş nazir Sebastyan Lökornü cəmi bir ay əvvəl təyin olunduğu vəzifədən istefa verib. Hökumətini formalaşdırmağa macal tapmayan siyasətçi vəzifəsini icra etmək üçün şərtlərin artıq mövcud olmadığını bildirərək geri çəkildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu vəziyyəti şərh edən konstitusiya hüququ üzrə ekspert Benjamin Morel Fransada böhrandan çıxış yollarının çox məhdud olduğunu deyib. “Emmanuel Makron yeni Baş nazir təyin etsə belə, keçmiş Baş naziri çətinliyə salan siyasi parçalanmanı kimin həll edə biləcəyi bəlli deyil”, - deyə o, vəziyyətin mürəkkəb olduğunu bildirib.
Siyasi durğunluq fonunda ölkənin “franceinfo” xəbər portalı maraqlı addım atıb və ChatGPT-dən məsləhət almağa qərar verib. Məqsəd konkret adlar deyil, böhrandan çıxış üçün siyasi tövsiyələr əldə etmək olub. ChatGPT-nin cavabı isə gözləniləndən daha sistemli və əhatəli olub. Süni intellekt böhranlı vəziyyət üçün “missiya hökuməti” qurulmasını təklif edir: tanınmış, texniki biliklərə sahib, partiyalarüstü fiqurlardan ibarət, azsaylı və çevik bir kabinet.
ChatGPT böhran şəraitində yeni hökumət üçün üç əsas prinsip təqdim edib:
-Rəqəmsəl (“resserrer”) – az sayda nazir, daha çox effektivlik;
-Assosiasiya (“associer”) – müxtəlif siyasi və texnokratik qüvvələrin iştirakı;
-İcra (“livrer”) – altı ay ərzində konkret, ölçüləbilən nəticələr.
ChatGPT bildirir ki, çoxluq hökuməti olmadıqda, icra hakimiyyəti “vertikal” idarəetmədən imtina etməli, kompromislərlə işləyən, məzmunu aydın, danışıqlar aparmağı bacaran kabinet qurmalıdır.
Süni intellekt yalnız idarəetmə strukturu deyil, konkret siyasət sahələrində də tövsiyələr verib. Büdcə və alıcılıq qabiliyyəti üzrə kompromislər, sağ mərkəzlə büdcə paktı, sol qüvvələrlə sosial pakt, Müstəqil “Büdcə Məsuliyyəti Şurası” vasitəsilə qərarların legitimləşdirilməsi, məhdud büdcəli, hədəflənmiş “partisipativ büdcə” layihələri (məktəblər, xəstəxanalar, təhlükəsizlik), işçi mükafatlarının artırılması və regionlarda yeni iş yerləri üçün vergi güzəştləri kimi tövsiyələr ifadə olunub.
Bu yanaşma, ChatGPT-yə görə, “49.3 kimi sərt addımların” təkrarlanmasının qarşısını almaq üçün kompromis və birgə məsuliyyət mədəniyyətini bərpa etməlidir.
“Franceinfo” süni intellektdən soruşub: bəlkə nazir vəzifələrinə də IA təyin olunsun? Albaniyada dövlət satınalmalarına cavabdeh “Diella” adlı IA-nın təyinatı artıq presedentdir.
ChatGPT-nin cavabı kompromislərlə dolu olub: “IA insan nazirlərə qərar verməkdə yardımçı ola bilər, lakin avtonom IA naziri – qanunverici legitimlik, siyasi məsuliyyət və etik baxımdan düzgün deyil”. Süni intellekt izah edib ki, IA-nın nə seçki legitimliyi, nə də siyasi məsuliyyəti var. Səhv qərar versə, kim cavabdeh olacaq? Qərarlar qara qutuya çevrilə bilər və hətta kiberhücum riski daşıyar.
ChatGPT sonda bu mesajı verib: “Süni intellekt insanları idarə etməməli, onların daha yaxşı idarə etməsinə yardım etməlidir”.
Fransanın hazırkı böhranında bu mesaj, istefa verən Sebastyan Lökornünün çıxışında vurğuladığı kimi, siyasətdə təvazökarlıq, eqoların arxa plana keçirilməsi və kompromis sənədini xatırladır.
ChatGPT-nin tövsiyələrindən sonra belə bir sual yaranır: Emmanuel Makron bu rəqəmsal məsləhətləri nəzərə alacaqmı? Və ya Fransa siyasəti, süni intellektin təklif etdiyi kimi, həqiqətən də “missiya hökuməti” modelinə keçəcəkmi?
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm