Fransadan Elon Mask üçün HƏBS SİQNALI

Paris prokurorluğu bildirib ki, Elon Mask məhkəmə çağırışlarına məhəl qoymasa, onun barəsində həbs orderi verilə bilər.

Sherg.az xəbər verir ki, istintaq X platforması və onun “Grok” çat-botu ilə bağlı aparılır. Fransa hakimiyyəti platformada Holokostu inkar edən materialların və süni intellektlə hazırlanmış intim görüntülərin yayılmasını araşdırır.

Məlumata görə, bu ilin əvvəlində Fransadakı X ofislərində Avropa Polis Təşkilatının (Europol) iştirakı ilə axtarış da keçirilib.