Fransanın vasitəçiliyindən söhbət gedə bilməz
Yusif Nəzərli
02:24 22.10.2022
Dünya
477
Paris həqiqətən regionda sülh istəyirsə, prosesə qarışmamalıdır
Fransa uzun müddət Azərbaycana, bütövlükdə türk dünyasına qarşı qərəzli mövqedən çıxış edib. Hazırda rəsmi Parisin niyyəti geopolitik baxımdan normadan artıq iddialı görünmək və Cənubi Qafqazdakı proseslərə müdaxilə etməkdir. Daha doğrusu, Fransa bölgədə Rusiyanı əvəzləməyə çalışır. Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun son məqaləsi də bunu açıq-aşkar büruzə verir. Səfir öz məqaləsində yazıb ki, Fransa Prezidenti E.Makronun proseslərdə aktiv iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malik olub. "Yaşasın Praqa ruhu!” yazan səfir Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın “xüsusi xidməti” kimi təqdim etməyə çalışıb. Halbuki, Makronun son çıxışlarında Praqa yox, “Ermənistan ruhu” daha çox hiss olunur. Ekspertlərin fikrincə, Fransa həqiqətən regionda sülh istəyirsə, prosesə qarışmamaqla bu işə öz töhfəsini vermiş olar.
Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, Fransa səfirinin məlum sözləri Ermənistana "ayı xidməti"dir. Analitik vurğulayıb ki, Fransa heç vaxt ədalətli mövqe sərgiləməyib:
"Praqa görüşlərində də rəsmi Paris birmənalı Ermənistanın maraqları çərçivəsində iştirak edib. Fransa neytral ölkə deyil və açıq-aşkar tərəf tutan bir dövlətin vasitəçiliyindən söhbət gedə bilməz. Makron Cənubi Qafqazda Ermənistanı dəstəkləməklə, ilk növbədə erməni lobbisinin maraqlarını müdafiə edir. Ermənistan vasitəsi ilə regionda öz geo-siyasi ambisiyalarını gücləndirməyə çalışır.
Məsələ ondadır ki, Fransa Cənubi Qafqaz regionuna Türkiyə ilə rəqabət fonunda baxır. Məqsədlərdən biri məhz İrəvanın əliylə Türkiyəni bölgədən xaric etməyə, ən azından mövqeyini zəiflətməyə cəhd göstərir.
Şübhəsiz, bu istək baş tutmayacaq. Fransanın bölgəmizdə gücü və təsir imkanları o zaman olardı ki, rəsmi Paris həqiqətən də Azərbaycan-Ermənistan arasındakı sülhə öz mühüm töhfəsini vermiş olardı.
Ancaq Fransanın belə bir qayəsinin olmadığını bilirik. Əslində erməni lobbisinin diktəsi ilə aparılan bu siyasət Ermənistanın özünün əleyhinədir. İrəvan sülh müqaviləsindən yayındığı müddətcə iqtisadi blokadadan yaxa qurtara bilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya