FTB Trampa sui-qəsd cəhdi ilə bağlı yeni məlumatlar aşkarladı

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2024-cü ildə Donald Trampa sui-qəsd cəhdi edən Tomas Metyu Kruksla bağlı yeni məlumatlar aşkarlayıb.

Sherg.az xəbər verir ki, ABŞ-ın baş prokuroru Todd Blanş bildirib ki, yeni məlumatlar Kruksun şəxsiyyəti, keçmişi və bioqrafiyası ilə bağlıdır. O, məlumatların artıq senatorlara təqdim edildiyini, lakin təfərrüatların açıqlanmadığını deyib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinq zamanı Kruks Trampa atəş açıb. Tramp qulağından yaralanıb, mitinq iştirakçılarından biri ölüb, iki nəfər isə yaralanıb. Kruks ABŞ Gizli Xidmətinin əməkdaşları tərəfindən öldürülüb.