
Fuad Abbasov: Putinin Pxenyan səfəri onun Sovot İttifaqını pərpa etməyə çalışdığını göstərir
Yusif Sultanoğlu
11:05 19.06.2024
Dünya
589
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Pxenyanda baş tutan və nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar təxminən bir saat yarım davam edib.
Görüşdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Rusiyanın dünyadakı rolunu qeyd edib və xüsusi hərbi əməliyyatı (Ukraynada apardığı müharibə -red.) tam dəstəklədiyini bildirib.
“Koreya Xalq Demokratik Respublikasının hökuməti güclü Rusiya Federasiyasının dünyada strateji sabitliyin və tarazlığın qorunmasında mühüm missiyasını və rolunu yüksək qiymətləndirir, həmçinin Rusiya hökumətinə, ordusuna və xalqına suverenlik, təhlükəsizlik maraqları, eləcə də ərazi bütövlüyünü qorumaq üçün Ukraynada xüsusi hərbi əməliyyatın həyata keçirilməsində tam dəstək və həmrəylik ifadə edir”, - deyə Kim Çen In vurğulayıb.
O əlavə edib ki, dünyada vəziyyət sürətlə dəyişir və mürəkkəbləşir, bu şəraitdə Pxenyan Moskva ilə strateji əlaqəni gücləndirmək niyyətindədir.
Kim Çen In əmin edib ki, KXDR Rusiyanın bütün siyasətini qeyd-şərtsiz dəstəkləyəcək. O, bütün sahələrdə əməkdaşlığın və qarşılıqlı mübadilənin genişləndirilməsi ilə bağlı konstruktiv fikir mübadiləsinin mümkün olacağına ümid etdiyini bildirib.
Putin isə öz növbəsində qeyd edib ki, Moskva Pxenyanın, o cümlədən Ukrayna istiqamətində ardıcıl və daimi dəstəyini yüksək qiymətləndirir.
O, əvvəlki nəsillərin şücaətini bu gün Rusiya ilə KXDR arasında münasibətlərin inkişafı üçün yaxşı əsas adlandırıb.
Putin, həmçinin bildirib ki, Moskva ilə Pxenyan arasında uzun illər münasibətlərin əsasını təşkil edəcək yeni fundamental sənəd hazırdır.
İki liderin qısa çıxış bəyanatlarından sonra görüş mətbuata qapalı davam edib.
Daha sonra Putinlə Kim Çen In arasında təkbətək formatda görüş keçirilib.
Görüşü “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, Vladimir Putinin Şimali Koreyaya səfəri onun Sovot İttifaqını pərpa etməyə çalışdığını göstərir:

“Sovet İttifaqı Rusiyası Vyetnam, Koreya, Kuba, Venesuela və bir çox Afrika, Cənubi Amerika dövlətlərinin burjuaziyaya qarşı mübarizə aparmalarına dəstək göstərirdi. Həmin ölkələr sırasında Şimali Koreya da yer alırdı. Şimali Koreya əsgərlərinin üzərindəki geyimlər, ümumiyyətlə Putini qarşılama mərasimi və yollardan keçid Sovet İttifaqında olan 1 may, 7 noyabr, 9 may paradlarını xatırlatdı. Eyni vəziyyət Vyetnam və Kuba da davam etməkdədir. Bütün bunlar göstərir ki, Vladimir Putin sözügedən ölkələrə vaxtilə Sovet İttifaqının verdiyi dəstəyin indi qarşılığını istəməyə gəlib. Fikrimcə, Şimali Koreyanın ardından Putinin Vyetnam, Kuba və digər dövlətə də səfəri olacaq. Putin həmin səfərləri etməklə müasir burjuaziya ilə mübarizəsini yenidən gündəmə gətirərək kapitalist və sosialist blokunu yaratmaq niyyətində ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm