Gürcüstanda daha 115 nəfər COVID-19-a yoluxub, 3 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 115 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 3 nəfər ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son bir gündə daha 272 nəfər müalicə olunaraq sağalıb.

Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyası 1 653 044 nəfərdə aşkarlanıb. Onların 1 633 956-sı sağalıb, 16 792-si isə vəfat edib.