
Hasan Oktay: PKK-nın Suriya qolu silah buraxmasa, Türkiyə hərbi əməliyyata başlayacaq
11:33 18.07.2025
Dünya
392
"Suriyanın şimalındakı kürd qüvvələri tərksilah olunmaqdan imtina edərsə, Türkiyə bölgəyə hərbi müdaxilə edə bilər".
Bu iddianı "Hürriyət" qəzeti irəli sürüb.
Nəşr yazır ki, rəsmi Ankara sözügedən məsələ ilə bağlı bir neçə ssenari hazırlayıb.
Qeyd olunub ki, PKK terror təşkilatının qolu hesab etdiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyasının lideri Mazlum Abdi keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə martda imzalanmış sazişin şərtlərini yerinə yetirmir:
"Razılaşmaya görə, kürd döyüşçüləri keçid hökumətinin silahlı qüvvələrinə daxil edilməli idi. Suriyada qeyri-sabitlik fonunda qüvvələr silahlarını təhvil verməyəcək. Türkiyənin müxtəlif risklərlə bağlı fəaliyyət planları var. Suriyanın parçalanmasına və bölgənin (şimalda) SDG/PKK/YPG-nin nəzarətinə keçməsinə imkan verilməyəcək. Əgər gözləntilər nəticə verməsə və QSD/PKK/YPG tərksilah yolu ilə getməsə, hərbi variantdan istifadə olunacaq".
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, 8 dekabr tarixində Əsəd rejimi devrildikdən sonra Türkiyə, Suriyada qurulacaq yeni sistemin ölkənin ərazi bütövlüyünə və unitar dövlət strukturuna əsaslanan konstitusiya sistemi çərçivəsində idarə olunmasını arzulayır:

"Bununla yanaşı, artıq 13 ildir Əsədə qarşı silahlı mübarizə aparan qrupların da özlərinə məxsus tələbləri mövcuddur. Bu tələblərin konstitusiya çərçivəsində qiymətləndirilməsi mümkündür. Lakin xüsusilə son iki gündə İsrailin Dürziləri bəhanə edərək Dürzi ərəb tayfaları arasındakı toqquşmaları əsas gətirib Suriya mərkəzi hökumətinin mühüm bölgələrini bombalaması, gələcəkdə Suriyadakı bəzi qüvvələrin də Dürzilər kimi İsraildən dəstək alaraq Türkiyənin bölgə siyasətinə zidd şəkildə kanton və ya müstəqil qurumlar yaratmaq istiqamətində hərəkətə keçə biləcəklərini göstərir. Türkiyə bu hadisələri yaxından izləyir. Bölgədə bu və buna bənzər tələblərlə hərəkət edən istənilən qüvvəyə qarşı heç bir ayrı-seçkilik etmədən hərbi müdaxilə imkanını özündə saxlayır. Həmçinin bu imkanını çəkindirici bir vasitə kimi əlində tutur. Türkiyənin PKK terror təşkilatının silah buraxma prosesini yürüdərkən, Suriyada SDQ-nin (Suriya Demokratik Qüvvələri) fərqli tələblərlə hərəkət etməsinə icazə verməsi mümkün deyil.
Bu vəziyyətdə İsrailin Livan ərazisində yerləşmiş Hizbullaha qarşı əməliyyat keçirdiyi gündə, Türkiyənin də sərhədyanı bölgələrdəki Türkiyə əleyhdarı qruplara qarşı əməliyyat keçirmək hüququ var idi. Ancaq Türkiyə bunu sadəcə bir "yaxşı niyyət" göstəricisi kimi etməyib, SDQ qüvvələrinin mərkəzi hökumətə inteqrasiyası gözləntisini ön plana çəkərək bölgədə asayişin təmin olunmasını istəmişdi".
Analitik qeyd edib ki, bundan sonrakı mərhələdə əgər İsrailin təhriki ilə bölgədə arzuolunmaz hadisələr baş verərsə, Türkiyə də İsrailin Livanda Hizbullaha qarşı keçirdiyi əməliyyatlara bənzər şəkildə, Suriyanın istənilən nöqtəsində əməliyyatlar keçirməyə qadirdir:
"Üstəlik, bunu heç kim əngəlləyə bilməz. İsrail Hizbullahla bağlı öz prioritetlərinin dünya tərəfindən qəbul olunmasını gözləyirsə, Türkiyənin də prioritetlərinə qarşı çıxmaq bölgədə Türkiyənin daxil olduğu bir işğal və qarşıdurma mühitinə səbəb olar. Bu da ABŞ-ın (Türkiyənin müttəfiqi olaraq) qəbul edə bilməyəcəyi bir vəziyyətdir.
Elə buna görə də ABŞ-ın Türkiyədəki səfiri Cek Barakın da dediyi kimi, Suriyada heç kim SDQ-yə bir dövlət vəd etməyib. Sonrakı mərhələdə də kantonlaşma və ya dövlət qurulması kimi məsələlər gündəmdə olmayacaq. Türkiyə hərbi seçimini çəkindirici güc kimi əlində saxlamağa davam edəcək. Eyni zamanda Suriyada ərazi bütövlüyü, unitar dövlət strukturu və sabit konstitusiya sisteminin formalaşması istiqamətində bütün mübarizəni aparacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm