Hindistan XİN: ABŞ-nin tariflərinə cavab hazırlamırıq
19:18 03.08.2025
Dünya
428
Hindistan Xarici İşlər Nazirliyi (XİN) sosial mediada yayılan xəbərləri təkzib edib.
Teleqraf xəbər verir ki, söhbət bu ölkənin ABŞ-nin ölkəyə qarşı 25 faizlik ticarət tarifləri tətbiq etməsinə cavab hazırlaması barədə gedir.
Hindistan XİN-in faktların yoxlanılması şöbəsinin sosial şəbəkə hesabında paylaşdığı məlumatda deyilir: “X sosial şəbəkəsində dezinformasiya yayılır”.
Nazirlik Hindistanın rüsumlardan azad edilən Amerika mallarının siyahısına yenidən baxması ilə bağlı məlumatı saxta adlandırıb.
XİN-in müvafiq şöbəsi həmçinin Hindistanın “düşmən iqtisadi siyasətə davam edərsə”, ABŞ ilə bəzi ikitərəfli razılaşmaları dayandırmaq və ya yenidən müzakirə etmək barədə düşündüyünə dair xəbəri də təkzib edib.
Məsələyə yaxın mənbələr "Hindustan Times"a bildiriblər ki, Hindistan və ABŞ qarşılıqlı faydalı ticarət sazişini yekunlaşdırmaq üçün "aktiv işləyirlər". Mənbə bildirib: "Hazırda biz virtual şəkildə qarşılıqlı əlaqədəyik və çox güman ki, ABŞ-nin danışıqlar qrupu bu ay danışıqların altıncı raundu üçün Hindistana səfər edən zaman qalan fikir ayrılıqlarını həll edəcəyik".
Qeyd edək ki, bir müddət əvvəl Ağ Ev rəhbəri ABŞ-nin Hindistana 25 faiz rüsum tətbiq etdiyini bildirib. O qeyd edib ki, iki ölkə arasında dostluq münasibətlərinə baxmayaraq, ABŞ "çox yüksək tariflər" və "sərt və pis qeyri-monetar maneələr" səbəbindən Hindistanla "nisbətən az" ticarət edir. ABŞ Prezidenti Donald Tramp diqqəti Hindistanın “hərbi texnikasının böyük hissəsini həmişə Rusiyadan aldığına” və “Çinlə birlikdə Rusiyanın enerji resurslarının ən böyük alıcısı” olduğuna diqqət çəkib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm