ABŞ-da hüquq müdafiə təşkilatları Prezident Donald Tramp administrasiyasına qarşı kollektiv iddia qaldırıblar. Buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakim və prokurorlarına tətbiq edilən sanksiyalar olub.
Sherg.az xəbər verir ki, iddiaçılar sanksiyaların qanunsuz olduğunu və hərbi cinayətlərə görə məsuliyyətin təmin edilməsinə maneə yaratdığını bildirirlər.
İddiaçılar beynəlxalq ədalət sisteminə hücum adlandırdıqları Trampın müvafiq sərəncamının ləğv edilməsini tələb edirlər. Onların fikrincə, maliyyə məhdudiyyətləri təşkilatları fəaliyyətlərini dayandırmağa məcbur edir və bu, ABŞ Konstitusiyasını pozur.
İddiaçıların sırasına Amerika Dostları Xidmət Komitəsi və Konstitusiya Hüquqları Mərkəzi də qoşulub.
Ağ Ev isə BCM-nin fəaliyyətinin ABŞ-ın və müttəfiqi İsrailin suverenliyinə təhdid yaratdığını bildirib. Daha əvvəl sanksiyalar məhkəmənin keçmiş prokuroru Kərim Xana da tətbiq edilmişdi.
ABŞ dövlət katibi Marko Rubio isə BCM-yə qarşı kampaniyanın başladıldığını elan edərək ölkələri məhkəmənin tərkibindən çıxmağa çağırıb. Bunun ardınca Venesuela da daxil olmaqla bir sıra ölkələr BCM-dən çıxacaqlarını açıqlayıb.