Amerikalı milyarder İlon Mask zarafatla Böyük Britaniyanı hansı məbləğə ala biləcəyini soruşub.
Sherg.az xəbər verir ki, Mask bu sualı satirik "The Babylon Bee" nəşrinin X-də paylaşdığı saxta xəbərə cavab olaraq verib. Paylaşımda Maskın Böyük Britaniyanın bütün ərazisini satın alaraq ölkə vətəndaşlarına söz azadlığını qaytardığı iddia olunub.
Mask isə paylaşımın altına “Bu neçəyədir?” deyə cavab yazıb.
Qeyd edək ki, İlon Mask dünyanın ən varlı şəxslərindən biridir. O, 2026-cı ilin iyununda SpaceX-in birjaya çıxmasından sonra qısa müddətə dünyanın ilk trilyoneri olub.
Mask daha əvvəl də Böyük Britaniya hökumətini dəfələrlə tənqid edib.