İordaniya İrana xəbərdarlıq etdi

“İran və bölgədəki proksi qrupları raket və dronlarla İordaniyanı hədəfə alaraq, ölkənin və vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradırlar”.

Teleqraf xəbər verir ki, bunu İordaniya Senatının sədri Feysəl əl-Fayez deyib.

Spiker İranın İordaniya və körfəz ölkələrinə hücumlarını pisləyərək bildirib:

“İordaniya öz ərazisinin regional qarşıdurmalar meydanına və ya digər ölkələrə hücum üçün istifadə olunmasına icazə verməyəcək”.

Əl-Fayez beynəlxalq ictimaiyyəti Tehranın hücumlarının qarşısını almaq üçün tədbir görməyə çağıraraq, İordaniyanın təhlükəsizliyinin körfəz ölkələrinin təhlükəsizliyindən ayrılmaz olduğunu vurğulayıb.

O xəbərdarlıq edib ki, İordaniyaya qarşı istənilən təhdid bütün regionun sabitliyinə təsir göstərəcək.