İqlim mütəxəssislərindən ŞOK TƏDQİQAT: Son 8 ildə hər gün qlobal istiləşmə...”
Yusif Nəzərli
14:21 09.01.2020
Dünya
1107
2012-ci ildən bəri hər gün qlobal istiləşmə qeydə alınır
“Sherg.az”“sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, İsveçrə alimləri səkkiz ildir qlobal istiləşmənin təsirinin bütün dünyada hər gün hiss edildiyini müəyyən ediblər. Onlar qeyd edirlər ki, qlobal istiləşmə davam etdiyi üçün meteorologiya ilə iqlim arasındakı sərhədlər pozulub.
1 yanvar 2020-ci il tarixində İsveçrənin Sürix şəhərində İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqatçıları tərəfindən aparılan bir araşdırma “Nature Climate Change” jurnalında dərc olunub.
Alimlər yazırlar ki, 2012-ci ildən bəri hər keçən gün qlobal istiləşmə müşahidə olunur. Və bu, elmi dəlillərlə sübut olunur. Bundan başqa alimlər yazırlar ki, vəziyyət belə davam edərsə, “parlaq gələcək” anlayışı öz mənasını itirəcək.
Məqalədə o da qeyd olunur ki, bu işi həyata keçirmək üçün tədqiqatçılar statistik öyrənmə və iqlim modellərinin simulyasiyalarından istifadə ediblər. Məqsəd dünyadakı temperatur və rütubətin gündəlik olaraq necə dəyişdiyini qiymətləndirmək idi.
Sonra bu nəticələri əvvəllər əldə edilənlərlə müqayisə ediblər və şahidi olublar ki, son 8 ildə hər gün iqlim istiləşməsi qeydə alınır.
ABŞ-ın Stanford Universitetindən olan tədqiqatçı, iqlim mütəxəssisi Noah Diffenboq da bu araşdırmanın iqlim problemini anlamaq üçün nə dərəcədə vacib olduğunu izah edib:
"Artıq qlobal istiləşmənin təsirinin gündəlik hava şəraitində müşahidə olunması iqlim dəyişikliyinin güclü olduğunun bariz əlamətidir. Bu araşdırma, bütün dünyada iqlim dəyişikliyinin hər gün ekosistemlərə təsir etdiyinə dair yeni sübutlar ortaya qoyur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya