İran və ABŞ arasında atəşkəs rejiminin uzadılması məsələsi müzakirə olunmayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” İran rəsmisinə istinadla məlumat yayıb.
İran rəsmisinin sözlərinə görə, ABŞ anlaşma memorandumunu imzaladıqdan 48 saat sonra onu pozması ilə atəşkəs Tehran üçün qüvvədə deyil. O qeyd edib ki, bu səbəbdən atəşkəsin uzadılması müzakirə mövzusu deyil.
“Hazırda müzakirələr memorandumun müddəalarına qayıtmaq və onların necə icra olunacağını müəyyənləşdirmək ətrafında aparılır. Amma hələlik bu istiqamətdə irəliləyiş əldə olunmayıb”, - rəsmi əlavə edib.
Qeyd edək ki, Türkiyənin “Andolu” agentliyi bundan əvvəl ABŞ və İranın 60 günlük atəşkəsin müddətini uzatmaq barədə razılığa gəldiyi barədə məlumat yaymışdı.