İran Atom Enerjisi Təşkilatının rəhbəri və Prezident Məsud Pezeşkianın müavini Məhəmməd Eslami və onu müşayiət edən nümayəndə heyəti sentyabrın 12-də Vyanaya yola düşsə də, təyyarə havada olarkən bu səfərinin qarşısı alınıb və onlar təyinat yerinə çata bilməyiblər.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
KİV məsələni ABŞ-nin maneə yaratması ilə əlaqələndirib. Beynəlxalq konfransa qatılmağa icazə verilməyən Eslami həmin gün Tehrana qayıdıb.
“Bloomberg” bundan əvvəl ABŞ rəsmisinə istinadla məlumat yaymışdı ki, Avstriya Donald Tramp administrasiyasının təzyiqi nəticəsində Məhəmməd Eslamiyə Vyanaya daxil olmağa icazə verməyib. O, sentyabrın 13-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin konfransında çıxış etməli idi.