
İran seçki tarixi üçün gözlənilməz hal: Prezidentin ikinci turla seçilməsi... -PROQNOZ
Yusif Sultanoğlu
07:47 19.06.2024
Dünya
342
İranda iyunun 28-də keçriləcək seçkilərlə bağlı sürprizlər davam edir. Araşdırmalar göstərir ki, səsverməyə qatılanların sayı 40 faizdən az olarsa, o zaman mühafizəkar namizədin şansı daha yüksək olacaq. Lakin bu faizi keçərsə islahatçı namizədin şansları daha da artacaq. Mərhum İbrahim Rəisinin prezident seçildiyi 2021-ci ildə cəmi 40 faizdən bir qədər çox seçici səsvermədə iştirak etmişdi. Qeyri-rəsmi rəqəmlərin daha da aşağı olduğu deyilirdi. Ekspertlər bildiriblər ki, islahatçı Məsud Pezeşkianın şans qazanması üçün ən azı 60 faiz seçici fəallığı lazımdır.
"Sherg.az"ın xəbərinə görə, politoloq Cəmaləddin Quliyev deyib ki, Pezeşkiana səs verəcək seçicilərin ziyalılar və işgüzar dairələrdən, eləcə də iqtisadi təzyiq altında özünü əzilmiş hiss edən ailələrdən olması gözlənilir:

"Buna görə də fundamentalistlər çalışırlar ki, insanlar seçki qutusundan uzaq tutulsun. Bu, dini rəhbərin seçkilərdə seçici fəallığının artırılması və insanları seçkilərdə iştiraka təşviq edilməsinin vacibliyi barədə təkidlərinə, həm də rejimin beynəlxalq legitimlik qayğılarına ziddir. İlk dəfədir ki, fundamentalistlərin strategiyası seçkiləri boykot etməyə çağıran müxalifətin strategiyası ilə üst-üstə düşür. Hakimiyyətdaxili mənbə mediaya növbəti sızdırmasında bildirib ki, fundamentalist hərəkatın bəzi liderləri Xamenei ilə görüşüb və ona Pezeşkianın rejimə müxalif hesab etdikləri çıxışlarını, xüsusən də hicab aksiyaları zamanı verdiyi bəyanatları təqdim ediblər. Rəhbər cavab verib ki, bunlardan xəbərdardır və Pezeşkianın iştirakında israrlı olmasında məqsədi bu seçkilərin ölkədə müxalifətin, xüsusən də son illərdə küçələrə çıxanların gücünü ölçmək üçün bir növ referendum etməkdir. Etiraz elektoratı Pezeşkianı hakimiyyətə gətirə bilsə belə, dini lider əmindir ki, o, rejimin yetirməsidir və sistemin əleyhinə işləməyəcək. Mənbə qeyd edib ki, liderin bu mövqeyi görüş iştirakçılarının təəccübünə səbəb olsa da, Xamenei mühafiəkarların parlament seçkilərində bir-birini təhqir etməsindən narazı qaldığına onlara başa sala bilib".
Analitik hesab edir ki, parlamentin indiki spikeri, mühafizəkarların ikinci mühüm namizədi olan Məhəmməd Baqir Qalibaf əsas mühafizəkar namizəd sayılan Səid Cəililinin lehinə namizədliyini geri götürməkdən imtina edir:
"Qalibaf hesab edir ki, digərləri onu dəstəkləsələr, yalnız o, Pezeşkianın qələbəsinin qarşısını ala bilər. Vəziyyətin belə davam edəcəyi halda İran seçki tarixi üçün gözlənilməz hal- hökumət başçısının (prezidentin) ikinci turla seçilməsi perspektivi görünür. Bəs, belə qəfil durum rejimin marağındadırmı Türkiyədəki ötənilki seçkilərin taleyinin II turda həll olması beynəlxalq miqyasda demokratiyanın yüksək təzahürü kimi qarşılanmışdı. Ciddi ictimai və beynəlxalq legitimlik problemi yaşaması səbəbindən İrandakı teokratik rejim üçün bu, cəlbedici variant kimi görünə bilərdi. Hərçənd siyasi sistemlər, seçiləcək şəxslərin səlahiyyətləri olduqca fərqlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya
Yazarlar süni intellektə etiraz etdi: “Boş kitab” nəşr olundu
13:05 10.03.2026
Dünya
Mən "Qarabağ"dan gedəcəyimi demədim - Koxalski
12:57 10.03.2026
Futbol
Əmək Məcəlləsi və pensiya qanunlarında dəyişiklik edildi
12:51 10.03.2026
Gündəm
Məşhurlar imiclərini yenilədi - Sarışın oldular
12:50 10.03.2026
Şou
İqlim böhranı: Atmosferdəki karbon artımı sümükləri zəiflədir
12:43 10.03.2026
Sağlamlıq
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
12:32 10.03.2026
Media
Gürcüstanda yanacaq bahalaşıb
12:12 10.03.2026
İqtisadiyyat
Netanyahu: İran rejimini devirmək xalqın əlindədir
12:10 10.03.2026
Dünya