İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar yeni mərhələyə daxil olub

ABŞ-ın maneçilik cəhdlərinə baxmayaraq, İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar yeni mərhələyə daxil olub.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın yüksək vəzifəli rəsmisi dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqların davam etdirilməsi İranın diplomatik təmaslara sadiqliyini və öz hüquqlarını qorumaq əzmini göstərir.

İranlı rəsmi qeyd edib ki, Tehran anlaşma memorandumu çərçivəsində Omanın və region ölkələrinin koordinasiyası ilə üzərinə düşən öhdəlikləri fəal şəkildə yerinə yetirib.

O əlavə edib ki, ABŞ müdaxilədən əl çəkərsə, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı anlaşmaya nail olmaq mümkündür.

İranın yüksək vəzifəli rəsmisi qeyd edib ki, danışıqlar Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin edəc