İran hakimiyyəti xarici messencerlərdən istifadəyə qoyulan qadağanı aradan qaldırıb.
Sherg.az xəbər verir ki, İran hökuməti dövlət qurumlarının xarici messencerlərdən istifadəsinə qoyulan rəsmi qadağanı ləğv edib.
Hökumət sözçüsü Fatemeh Mohajerani bildirib ki, qərar dövlət qurumlarının xarici platformalarda daha fəal iştirakına və informasiya mübarizəsində imkanların genişləndirilməsinə şərait yaradacaq.
Bununla belə, xidməti yazışmaların xarici messencerlər vasitəsilə aparılması informasiya təhlükəsizliyi tələblərinə görə hələ də məhdudlaşdırılır.
Qeyd edək ki, qadağaya baxmayaraq, İranın bir sıra dövlət qurumları, o cümlədən Xarici İşlər Nazirliyi və prezident administrasiyası xarici sosial şəbəkələrdə rəsmi səhifələrini fəaliyyət göstərib.