
İranda baş verən hadisələrdə siyasi çalarlar görünür
Yusif Nəzərli
08:42 21.09.2022
Dünya
654
Proseslərin pərdə arxasında hakimiyyət uğrunda mübarizə gedir
İranda etiraz dalğası getdikcə böyüyür. Hicaba görə saxlanılan Məhsa Əmini adlı qızın ölümü ilə bağlı polis və etirazçılar arasında hər gün qarşıdurmalar baş verir. Paytaxt Tehranda da etiraz aksiyası keçirilib. Tehranın Vəliəsr xiyabanında keçirilən aksiyanı dağıtmaq üçün xüsusi qüvvələr cəlb olunub. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndiriblər.
Təhlükəsizlik qüvvələri ilə aksiyaçılar arasında qarşıdurma yaşanıb və etirazçılar polis maşınını aşırıblar. Analoji aksiya Məşhəd şəhərində də keçirilib. Bəzi əyalətlər də mağaza sahibləri etiraz əlaməti olaraq dükanlarını açmayıblar. Müxtəlif şəhərlərdə qadınlar etiraz məqsədilə baş örtüklərini yandırıb, saçlarını kəsiblər. İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf deyib ki, əxlaq təhlükəsizlik patrulunda islahatlar aparılana qədər hicab taxmadığı üçün öldürülən Məhsa Əminin işi ilə bağlı məsələ parlamentin gündəmində olacaq. Qalibaf bildirib ki, parlamentin daxili işlər komissiyası Baş Polis Komandanlığı tərəfindən əxlaq təhlükəsizlik patrullarının həyata keçirdiyi proses və üsulları araşdırmalıdır.

Cənub qonşumuzdakı etiraz dalğasını "Şərq"ə təhlil edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İrandakı etirazlar gənc bir qızın ölümü ilə başlasa da, aksiyalarda, səslənən şüarlarda siyasi çalarlar özünü göstərir. Analitik vurğulayıb ki, İrandakı etiraz aksiyalarından istifadə edən müəyyən qüvvələr prosesin qızışmasını, gərginliyin artmasını istəyirlər:
"İranla ABŞ arasında danışıqlar gedirdi, hətta bir sıra razılaşmalar da var idi. Vyanada isti təmaslar reallaşırdı. Amma İran daxilində ABŞ-la yaxınlaşmaya qarşı çıxan dairələr var. Məsələn, SEPAH gücləri bunu qəbul etmirlər. Vəziyyətin gərginləşməsində, baş verən sonuncu hadisədə onların əli var. Yəni burada daxili qüvvələrdən, hakimiyyət uğrunda mübarizədən söhbət gedir, xarici amilləri isə o qədər önəmli görmürəm. Məqsəd ABŞ-İran arasında nüvə sazişi üzrə gedən danışıqları pozmaqdır".
Ekspertin qənaətinə görə, etirazlar geniş miqyas alarsa, artan gərginlik və qarşıdurmalar hakimiyyətin dəyişməsinə də gətirib çıxara bilər:
"Biz İranın daxili işlərinə qarışmırıq. Təbii ki, soydaşlarımıza qarşı siyasi-repressiv hərəkətlər olarsa, buna reaksiyamız sərt olacaq. İndiki halda qonşu ölkədə baş verənləri yaxından izləyirik və prosesi etiraz aksiyası, pərdə arxasında isə hakimiyyət uğrunda mübarizə kimi dəyərləndiririk".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya