İsrail Müdafiə Ordusu son sutkada Livan ərazisində "Hizbullah" hərəkatının 150-dən çox infrastruktur obyektlərinə və yaraqlılarına zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti "X" sosial şəbəkəsində bildirib.
Məlumata görə, zərbələr Tir və Nəbətiyyə şəhərlərindəki, eləcə də Bekaa vadisindəki hədəflərə endirilib.
İsrail ordusu hücumların videogörüntülərini də yayımlayıb.