İsrail ordusu HƏMAS-ın Rəfah briqadasının komandiri Nael Əbu Obeydin öldürüldüyünü açıqlayıb.
Sherg.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun ( SAXAL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Əbu Obeyd Qəzza zolağının cənubuna endirilən zərbə nəticəsində öldürülüb. Əməliyyat SAXAL və İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) tərəfindən həyata keçirilib.
İsrail tərəfinin iddiasına görə, Əbu Obeyd HƏMAS-ın hərbi qanadının operativ idarəçiliyinə də rəhbərlik edib və Rəfah briqadasının döyüş qabiliyyətinin bərpası ilə məşğul olub.
SAXAL zərbə zamanı mülki əhali üçün risklərin azaldılması məqsədilə yüksək dəqiqlikli silahlardan və hava kəşfiyyat məlumatlarından istifadə edildiyini bildirib.