İsrail ordusu Qəzzada daha iki girovun nəşini təhvil aldı

İsrail ordusu Qəzza zolağında həlak olmuş daha iki girovun nəşini təhvil alıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi rəsmi məlumat yayıb.

Nəşlərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail tərəfinə ötürüldüyü bildirilib.

Məlumata görə, tabutlar yaxın günlərdə İsrail ərazisinə gətiriləcək və məhkəmə-tibbi ekspertiza tərəfindən şəxsiyyətin müəyyənləşdirilməsi prosesi həyata keçiriləcək.