İsrail səfiri bu paylaşıma görə XİN-ə çağırıldı

İsrail səfiri Yakov Livne Polşa Xarici İşlər Nazirliyinə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.

Məlumata görə, səfir "Yad Vaşem" institutunun X hesabındakı paylaşımı ilə bağlı izahat vermək üçün çağırılıb.

Bildirilir ki, həmin paylaşımda Polşanın yəhudilərin ətraf mühitdən təcrid olunması üçün onları fərqləndirici nişanlar taxmağa məcbur edən ilk ölkə olduğu iddia olunub.