İsveçdə gizli sənədlərin sızması ilə bağlı qalmaqal baş verib
İsveçdə gizli sənədlərin sızması ilə bağlı qalmaqal baş verib
20:47 26.08.2025
Dünya
359
İsveçdə hökumət katibliyində təhlükəsizliklə bağlı yeni qalmaqal alovlanıb.
AZƏRTAC xəbər verir ki, “Dagens Nyheter” qəzetinin müəyyən etdiyinə əsasən, 2022-ci ilin noyabrında Baş nazir Ulf Kristerssonun Türkiyəyə səfərindən sonra Arlanda hava limanında onun gizli sənədlər olan xidməti qovluğu unudulub.
Qovluğu terminalda təmizlik işçiçi tapıb. Nəşrin məlumatına görə, sənədlərin bir hissəsi xarici siyasət sirrinə aid olub və onların açıqlanması İsveçin digər dövlətlərlə münasibətlərinə zərər vura bilərdi. Buna baxmayaraq, hadisə Təhlükəsizlik Xidmətinə ötürülməyib, çünki hakimiyyət həmin sənədlərin “qorunan” kateqoriyasına aid olmadığını hesab edib.
Hadisəni həm politoloqlar, həm də müxalifət kəskin tənqid edib. Professor Yoran Sundström vəziyyəti “İsveç və onun beynəlxalq tərəfdaşları üçün rüsvayçılıq” adlandırıb. Onun sözlərinə görə, bu cür insidentlər ölkəyə müttəfiq kimi etimadı sarsıdır.
“Bu, sadəcə səhlənkarlıq deyil. Bu, digər dövlətlərə qarşı utancvericidir”, – deyə professor vurğulayıb.
Sol Partiya Konstitusiya Komitəsinə şikayət edəcəyini bəyan edib və hökuməti gizli materiallarla səhlənkar davranmaqda günahlandırıb.
“Bu, hökumətin qorunan sənədlərlə işləməkdə bacarıqsızlığını göstərən daha bir hadisədir”, – deyə partiyanın xarici siyasət məsələləri üzrə nümayəndəsi Hokan Svennellinq bildirib.
Partiyanın lideri Nuşi Dadqostar isə X sosial şəbəkəsində yazıb: “Kristerssonun katibliyi yenə də itirilmiş gizli sənədlər barədə məlumat vermir. İnanılmazdır”. Onun partiyadaşlarından Yonas Şostet isə əlavə edib: “İndi isə gözləyirik ki, NATO-ya qoşulmaqla bağlı gizli sənədləri kiminsə Hornstuldakı Lion barında tapmasını eşidək”.
Qalmaqal, həm də Kristerssonun Türkiyə səfərindən az sonra onun uşaqlıq dostu Henrik Landerholmun milli təhlükəsizlik üzrə müşavir təyin olunması fonunda güclənib. O artıq bir neçə gizli məlumat insidentinə yol verib və dövlət sirri ilə səhlənkar davranmaqda ittiham edilərək istintaqa cəlb olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial