İsveçrə köhnə bunkerləri istifadəyə qaytarır
16:10 24.07.2025
Dünya
303
İsveçrə ordusu uzun illər istifadəsiz qalmış müharibə dövrünə aid bunkerləri yenidən aktivləşdirir. Həmin bunkerləri müasir müdafiə mərkəzlərinə çevirmək üçün texnoloji şirkətlərlə, tədqiqatçı və startaplarla əməkdaşlığa başlanılıb. Məqsəd innovativ və səmərəli yollarla bu obyektləri yenidən istifadə etməkdir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, İsveçrə Texnologiya və Silahlı Qüvvələr Şirkəti sentyabr ayının ortalarında "İnnovasiya Günü" təşkil etməyi planlaşdırır. Həmin tədbirdə qeyd olunan məsələ barədə daha ətraflı məlumat veriləcək və iştirakçılar öz ideyalarını təqdim edə biləcəklər.
Qeyd edək ki, İsveçrə ərazisində 1990-cı illərdən istifadəsiz qalmış təxminən 8 min bunker var. Bu bunkerlərin bəziləri 1886-cı ildən mövcuddur. Onların bir çoxu strateji nöqtələr, məsələn, Sent-Qotard dəmir yolu və Alp keçidləri üzərində qurulub. Bu bunkerlər ölkənin müdafiə sisteminin tərkib hissəsidir, II Dünya müharibəsində və soyuq müharibə dövründə mümkün işğallara qarşı əsas dayaq rolunu oynayıb. Soyuq müharibə dövründən sonra isə bu bunkerlərin əksəriyyəti müdafiə əhəmiyyətini itirib, bir çoxları özəl sektora satılıb. 2023-cü ildə isə İsveçrə ordusu bunkerlərin satışını tamamilə dayandırıb. Ordu bunkerləri yüksəktexnologiyalı, az sayda işçi ilə idarə olunan və hücuma qarşı dayanıqlı müdafiə qovşaqlarına çevirmək niyyətindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya