İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

İsveçrənin Vale kantonunda yüngül mühərrikli “Cirrus SR22T” təyyarəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, Luqanodan havaya qalxan təyyarə hələlik müəyyən edilməmiş səbəbdən Loykerbad yaxınlığındakı Fluhalp ərazisində dağın şimal yamacına çırpılıb. Daha sonra qəzanın baş verdiyi ərazidə tüstülənmə müşahidə olunub.

Təyyarənin göyərtəsində olan hər üç nəfər həlak olub.

Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Aviaqəzanın səbəbləri araşdırılır.