Kim Çen Inın bacısı Cənubi Koreya prezidentini “axmaq” adlandırdı
Kim Çen Inın bacısı Cənubi Koreya prezidentini “axmaq” adlandırdı
Yusif Nəzərli
09:24 24.11.2022
Dünya
425
Kim Çen Inın bacısı Kim Yo Çjon Cənubi Koreya Prezidenti Yun Sok-Yol administrasiyasını tənqid atəşinə tutub və onları “axmaq” adlandırıb.
Bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər yayıb.
Bildirilir ki, Kim Çen Inın bacısının belə sərt reaksiyasına səbəb KXDR-in raket buraxılışını təxribat adlandıran Cənubi Koreya hökumətinin Pxenyana qarşı əlavə sanksiyaların tətbiqində israrlı olmasıdır.
Şimali Koreya liderinin bacısı qeyd edib ki, bu məsələdə Cənubi Koreyanı yalnız ABŞ dəstəkləyib və Seulu Vaşinqtonun “sadiq iti” adlandırıb.
“Bu iyrənc hərəkət Cənubi Koreya qruplaşmasının ABŞ-nin “sadiq iti” və marioneti olduğunu daha aydın göstərir. Mən hələ də Cənubi Koreya vətəndaşlarının Yun Sok Yol “hökuməti”nin və təhlükəli vəziyyət yaratmağa davam edən digər axmaqların bu cür hərəkətlərini passiv müşahidə etmələrinə təəccüblənirəm”, - deyə Kim Yo Çjon bildirib.
Xatırladaq ki, Şimali Koreya noyabrın 18-də Koreya yarımadasının şərqinə “Xvason-17” tipli qitələrarası ballistik raket buraxmışdı. Əməliyyata rəhbərlik edən KXDR lideri Kim Çen In raket buraxılışını izləməyə həyat yoldaşını və qızını da aparmışdı.
Ümumilikdə KXDR ilin əvvəlindən bəri 34 raket buraxılışı həyata keçirib.
Mənbə: Yonhap
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi