KİV: Britaniya Rusiya ilə yüksək səviyyədə hərbi əlaqələri bərpa etmək istəyir

Britaniya Rusiya hərbi rəhbərliyi ilə yüksək səviyyəli əlaqələri bərpa etməkdə maraqlıdır.

Bu barədə "The Times" məlumat yayıb.

Qəzetin məlumatına görə, britaniyalı hərbi rəsmilər Moskva ilə dialoqun olmaması səbəbindən ölkələr arasında birbaşa hərbi toqquşmaya səbəb ola biləcək insidentlər və “nəzarətsiz eskalasiya” riskindən narahatdırlar.

Məlumata görə, Rusiya ilə hərbi əlaqələrin bərpasının zəruriliyi məsələsi iyun ayında La-Manş boğazında “Admiral Qriqoroviç” freqatının Britaniya bayrağı altında üzən yaxtanın təhlükəli şəkildə yaxınlaşması səbəbindən qabaqlayıcı atəş açmasından sonra gündəmə gəlib.