Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ rəsmiləri ilə onlayn danışıqlar aparıb.
Bu barədə mənbələrə istinadən “Reuters“ məlumat yayıb.
Məlumata görə, danışıqlarda NATO-nun baş katibi Mark Rutte, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezident Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ senatoru Lindsi Qrem iştirak ediblər.
Danışıqların məzmunu barədə məlumat verilməyib.