Knaysl: Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşırlar

“Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşırlar”.

Teleqraf xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl deyib.

“Avropa həqiqətən (Rusiya ilə) müharibəyə girəcəkmi, yoxsa bu, sadəcə blefdir? Bir çox Avropa İttifaqı paytaxtlarında irrasionallığın artdığını nəzərə alsaq, onların müharibəyə başlamaq qərarına gələ biləcəklərini istisna etmirəm”, - diplomat vurğulayıb.