Kolumbiyada hakim ZOOM-la məhkəmə iclasına yarıçılpaq və siqaretlə qatıldı
23:09 26.11.2022
Dünya
322
Kolumbiyada hakim Vivian Polaniya Zoom-la yayımlanan məhkəmə iclasına yataqdan və yarıçılpaq halda, əlində siqaretlə qoşulub.
Bu səbəbdən hakim üç ay müddətinə işdən kənarlaşdırılıb.
Virtual məhkəmə iclasında avtomobili partlatmaqda təqsirləndirilən şəxsin zaminə buraxılıb-buraxılmaması məsələsinə baxılıb. Sosial şəbəkələrdə yayılan 33 saniyəlik videoda 34 yaşlı hakimin iclas zamanı yataqda uzandığı, siqaret çəkdiyi və yarıyuxulu olduğu əks olunub. Bir müddət sonra prokuror ona kamerasının işlək vəziyyətdə olduğunu deyir, bundan sonra hakim onu dərhal kameranı söndürür.
Hakimin davranışı ilə bağlı məsələ Kolumbiyanın Məhkəmə Etikası üzrə Milli Komissiyasında müzakirə olunub və onun 2023-cü ilin fevral ayına qədər vəzifəsindən uzaqlaşdırılmasına qərar verilib.
Hadisəni şərh edən hakim yerli jurnalistlərə bildirib ki, məhkəmə iclası zamanı onda panik-atak baş verib və buna görə yataqda uzanmış olub.
Mənbə: “Fox News”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi