
Kreml mövqe qoyub! - “Ukrayna və Gürcüstan NATO-ya girməyəcək” - GƏRGİNLİK!
Yusif Nəzərli
14:58 31.01.2022
Dünya
877
“Bu , Ağ Evin xarici siyasət prinsiplərinə zidd addımdır”
ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə yeni danışıqlar aparacaqlar. Bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib.“Biz rusların təhlükəsizlik məsələləri ilə bağlı danışıqlara maraqlı olduğunun bəzi əlamətlərini, o cümlədən dövlət katibi Blinkenin və xarici işlər naziri Lavrovun yaxın həftə ərzində danışa biləcəyini görürük”, -deyə o, bildirib.
Rusiyanın davamlı olaraq ABŞ tərəfindən sanksiyalara məruz qalması iki ölkə arasında əlaqələri kritik həddə çatdırıb. İndi isə, iki dövlətin danışıqlara getməsi ağıllarda fərqli fikirlər yaradır. Bəlkə də, bundan sonra gərginliklər çoxalacaq. Başqa bir ehtimal da var ki, müttəfiq ölkə olaraq yaxınlaşacaqlar. Çünki Ukrayna məsələsi iki ölkənin maraqları ilə üst-üstə düşür.
Bəs, bu danışıqlar iki ölkənin münasibətini nomallaşdıra biləcəkmi?

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən siyasi şərhçi Samir Hümbətov ABŞ -la Rusiya arasındakı gərginliyin həm görünən, həm də görünməyən tərəflərindən bəhs edib:
“Görünməyən cəhəti odur ki, tərəflər arasında danışıqlı oyun gedir. Görünən tərəf isə, bu gərginliyi yaratmaqla, əslində ABŞ və Rusiya öz mənafeylərini müəyyən nöqtələrdə, xüsusilə də, starteji mövqeyi olan ərazilərdə qorumağa çalışırlar. Mənfi münasibətlər SSRİ dövründən başlayıb”.
O, iki dövlət arasındakı münasibətin normallaşmasından daha çox gərginləşəcəyini hesab edib:
“Rusiya ABŞ-dan özünə qarşı sanksiyalar görür. ABŞ da görür ki, şimal qonşumuz artıq onun strateji mövqelərinə toxunur. Bu gün artıq rəsmi Moskva ortaya bir mövqe qoyub ki, Ukrayna və Gürcüstan NATO-ya girməyəcək. Bu , Ağ Evin xarici siyasət prinsiplərinə zidd addımdır”.
S.Hümbətov hər iki tərəfin Ukrayna məsələsindən bəhrələnmək niyyəti olduğunu bildirib:
“ABŞ Ukraynanı qurban kimi seçib. Rusiya da orada dominantlıq yaratmaq istəyir Burada “Rus ayı”sı ilə ABŞ müttəfiq deyil, nə də tam düşmən deyil. Sadəcə, hər ikisinin rəsmi Kiyev üzərindən oyunları var. Blinkin və Lavrov da oyunun əsas fiqurlarındandır. Bu günləri də həmin oyunu bu istiqamətdə aparırlar”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm