Livan nümayəndə heyəti ölkə ərazisindəki bütün hərbi əməliyyatlar dayandırılmadığı təqdirdə 14-15 may tarixlərində Vaşinqtonda İsraillə danışıqları təxirə salmağı düşünür.
Bu barədə "Asharq al-Awsat" qəzeti mənbələrə istinadən məlumat verib.
Məlumata görə, danışıqlar heyətinin rəhbəri Simon Kərəm ABŞ vasitəçilərini bu barədə xəbərdar edib.
"Livan digər məsələləri müzakirə etməkdənsə, atəşkəsin gücləndirilməsinə və atəşkəs razılaşmasına riayət etməyə üstünlük verir", - Kərəm deyib.